19 Dekabr 2025, 11:45
FUTBOL
“Tottenhem” “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenə ciddi maraq göstərir.
Matc.az xəbər verir ki, bu barədə "Team Talk" məlumat yayıb.
London klubu qış transfer bazarında fəal işləməyə hazırlaşır və heyətin tərkibində ciddi dəyişikliklər edə bilər.
Komandanın baş məşqçisi Tomas Frank qapıçı mövqeyinin yenilənməsini əsas prioritetlərdən biri hesab edir. Hazırkı qolkiper Qulyelmo Vikariyonun yayda İtaliyaya qayıdacağı gözlənilir.
“Tottenhem” təcrübəli və yüksək səviyyəli namizəd kimi ter Ştegenə diqqət yetirib. “Barselona” 33 yaşlı futbolçu ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır.












