"Mançester Siti"nin hücumçusu Kun Aquero karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "İnter" futbolçunun xidmətində maraqlıdır.

Bildirilir ki, Antonjo Konte hücum xəttini gücləndirmək niyyətindədir. Komandanın transfer siyahısındakı namizədlərdən biri də argentinalı forvarddır. Dahha öncə Edinson Kavani ilə maraqlanan "İnter" oyunçu ilə maliyyə məsələlərində razılaşa bilmədi.

Lautaro Martinesin heyətdən ayrılmaq ehtimalı davam etdiyi üçün məşqçilər heyəti hücumçu axtarışlarını davam etdirir. Əgər iyulun 12-də CAS "şəhərlilər"ə verilən avrokuboklardan uzaqlaşdırma cəzasını təsdiq edərsə, Aqueronun klubdan ayrılacağı vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest