"Barselona" müdafiəçisi Samuel Umtitinin zədələndiyini açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Bildirilir ki, sol dizində ağrılar aşkarlanan fransalı futbolçu bir müddət heyətdən kənar qalacaq. Onun müayinəsinə başlandığı da vurğulanıb. Açıqlamada Umtitinin meydanlara nə vaxt qayıdacağı bildirilməyib.

Qeyd edək ki, müdafiəçi sonuncu dəfə La Liqanın 32-ci turunda "Selta" ilə səfər görüşündə (2:2) 90 dəqiqə meydanda olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest