Futbol üzrə Estoniya kubokunun final oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, həlledici oyunda azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans"la "Flora" üz-üzə gəlib.
 
üç qolun qeydə alındığı qarşılaşma "Narva Trans"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləcə, "Flora" Estoniya kubokunun qalibi adını qazanıb.
 
Novruzov da bu oyunun iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu 86-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest