AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.
 
Matc.az xəbər verir ki, Hacı-Məhərrəmov çexiyanın "Slovan" (Liberets) və Belçikanın "Gent" komandaları arasındakı Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında UEFA nümayəndəsi olacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Görüş oktyabrın 22-də çexiyanın Liberets şəhərindəki "U Nisi" stadionda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest