02 Fevral 2026, 15:30
FUTBOL
"Arsenal" italyan yarımmüdafiəçi Sandro Tonali ilə maraqlanır və qış "transfer pəncərəsi" bağlanmazdan əvvəl onun keçidini başa çatdırmaq üçün çalışır.
Matc.az xəbər verir ki, bu barədə Nikola Şira məlumat yayıb.
Oyunçunu London klubuna keçməyə razı salmaq üçün "topçular" ona 2031-ci ilə qədər yüksək maaşla uzunmüddətli müqavilə təklif ediblər. Lakin məhdud vaxt və "Nyukasl"ın mövqeyi səbəbindən müqavilə olduqca çətindir. "Sağsağanlar" ulduz oyunçusunu buraxmaq istəmirlər və 100 milyon funt-sterlinq qiymət təyin ediblər.
Dəyəri 75 milyon avro olan 25 yaşlı italyan bu mövsüm yarımmüdafiədə əsas fiqur olaraq qalıb. O, bütün yarışlarda 35 oyunda (bunlardan 30-u start heyətdə) iştirak edib və 5 məhsuldar ötürmə edib.












