"Bizim üçün çətin dövr başlayır". Matc.az xəbər verir ki, bunu "Sivasspor"un baş məşqçisi Rza çalımbay deyib.

Avropa Liqasında "Vilyareal" (İspaniya), "Makkabi" (İsrail) və təmsilçimiz "Qarabağ"la eyni qrupda mübarizə aparacaq Sivas komandasının çalışdırıcısı bildirib ki, heyətə cəlb olunan yeni transferlərin uyğunlaşma müddəti artıq başa çatıb: "Bu andan etibarən komandamız üçün çətin bir dövr başlayır. çempionatda "Kayserispor"la qarşılaşma çox vacibdi. çox yaxşı çıxış etməliyik. Yaxşı nəticə Avropa Liqası oyunu öncəsi bizi daha da stimullaşdıracaq".

çalımbay bildirib ki, komandası "Villarreal"la görüşdən sərfəli nəticə ilə ayrılmalıdı: "İspaniyalılarla görüşün ardından daha iki çətin oyunumuz var. Həmin qarşılaşmaları yaxşı qiymətləndirsək, yaxşı bir nöqtəyə gələcəyik. Ev oyunlarında azarkeş dəstəyi olsaydı, daha yaxşı olar".

Türkiyəli çalışdırıcının fikrincə, Avropa Liqasının görüşləri həm özləri, həm də ölkə üçün çox vacibdi: "Bu, bizim üçün milli komanda səviyyəsində bir oyun olacaq. Bütün futbolçular bunun fərqindədi".

Qeyd edək ki, "Sivasspor" Avropa Liqasında ilk oyununu oktyabrın 22-də səfərdə "Vilyareal"a qarşı keçirəcək. Türkiyəlilərin "Qarabağ"la görüşü isə noyabrın 5-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest