"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən İspaniya "Vilyarreal"ı qrup mərhələsindəki matçlarda azarkeşlərin iştirakı etməsini istəyir.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi məsləhətləşmələr apardıqdan sonra yerli hökumətə müraciət ünvanlayıb.
 
UEFA-nın qərarına əsasən, avrokubok matçlarında stadionun tutumunun 30 faizinə qədər azarkeş buraxıla bilər. Lakin bunun üçün yerli orqanların icazəsi olmalıdır.
 
Qeyd edək ki, "Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da evdə, dekabrın 11-də isə İspaniyada üz-üzə gəlməlidir. Ağdam təmsilçisi ilk turda İsrail "Makkabi"sinin (Tel-Əviv) qonağı olacaq. İspaniya klubu isə Türkiyə "Sivasspor"unu qəbul edəcək.
 
Xatırladaq ki, "Vilyarreal"dan öncə "Sivasspor" da ev oyunlarında azarkeşlərin iştirakı üçün UEFA-ya və Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest