11 Dekabr 2020, 16:59
AVROPA LİQASI
29 yaşlı xorvatiyalı yarımmüdafiəçi qrup mərhələsində 16 dəfə qaydanı pozub. Ozobiç bu göstəriciyə görə 4-cü pillədə qərarlaşıb.
Serbiya "Srvena Zvezda"sında çıxış edən Dieqo Falçinelli 26 dəfə qaydanı pozub və ilk sırada qərarlaşıb.
UEFA Avropa Liqasının qrup mərhələsinin statistik göstəriciləri açıqlanıb.
Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Filip Ozobiç qrup mərhələsində ən çox qayda pozuntusuna yol verən futbolçuların arasında yer alıb.
29 yaşlı xorvatiyalı yarımmüdafiəçi qrup mərhələsində 16 dəfə qaydanı pozub. Ozobiç bu göstəriciyə görə 4-cü pillədə qərarlaşıb.
Serbiya "Srvena Zvezda"sında çıxış edən Dieqo Falçinelli 26 dəfə qaydanı pozub və ilk sırada qərarlaşıb.
"Qarabağ"ın qrup mərhələsinin son turu çərçivəsində keçirməli olduğu "Vilyarreal"la matçı baş tutmayıb. Buna səbəb Ağdam təmsilçisinin heyətində koronavirusa yoluxan şəxslərin çoxluğu və futbolçu çatışmazlığı olub.