Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
 
Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimə Bakı vaxtı ilə saat 16:00-da start verilib.
 
Bu mərhələdə komandalar səbətlərə bölünməyib. Bu üzdən də eyni ölkənin təmsilçiləri bir-birilərinə rəqib ola bilərdilər.
 
Bu mərhələnin ən maraqlı görüşlərindən biri "Mançester Yunayted"lə "Milan" arasında baş tutacaq.
 
"Arsenal" "Olimpiakos"la, "Tottenhem" isə Zaqreb "Dinamo"su ilə düşüb.
 
1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.
 
Avropa Liqası
1/8 final
 
"Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə)
"Dinamo" (Kiyev, Ukrayna) - "Vilyarreal" (İspaniya)
"Roma" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Tottenhem" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya)
"Slaviya" (Praqa, çexiya) - "Reyncers" (Şotlandiya)
"Qranada" (İspaniya) - "Molde" (Norveç)
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest