Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
 
Matc.az xəbər verir ki, ən yaxşı adına "Dinamo"dan (Zaqrep, Xorvatiya) Mislav Orsiç, "Vilyarreal"dan (İspaniya) Jerar Moreno, "Roma"dan (İtaliya) Borxa Mayoral və "Ayaks"dan (Niderland) David Neres namizəd göstərilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest