"Maraqlı və baxımlı oyun keçdi. Futbola aid hər şey var idi. Çoxlu qol imkanlarımız var idi. Baxmayaraq ki, heç-heçə oldu. Futbolçular futbola aid hər şeyi göstərdi. Buna görə uşaqlara təşəkkür edirəm. Futbola yanaşmaları, meydanda sona qədər mübarizə aparmaqları məni sevindirdi"

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Maraqlı və baxımlı oyun keçdi. Futbola aid hər şey var idi. Çoxlu qol imkanlarımız var idi. Baxmayaraq ki, heç-heçə oldu. Futbolçular futbola aid hər şeyi göstərdi. Buna görə uşaqlara təşəkkür edirəm. Futbola yanaşmaları, meydanda sona qədər mübarizə aparmaqları məni sevindirdi.
 
- Qol problemini necə həll edəcəksiz?
- Vaxt lazımdır ki, hər bir şeyi tam otuzduraq. Bunun üzərində daha çox çalışmalıyıq ki, problemi aradan qaldıraq.
 
- Bir futbol mütəxəssisi kimi baxsaz, Ramin Quliyev daha əvvəldən komandanı çalışdırsaydı, indi turnir cədvəlində daha yaxşı yerlərdə olardıq deyə, düşünürsüz? 
- Sözsüz, bu oyun sizin verdiyiniz sualın bariz nümunəsidir. Hər şeydə bir xeyir var. Yəqin məsləhət belə imiş ki, məni indi gətiriblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest