Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
 
Matc.az turnirin saytına istinadən xəbər verir ki, rəmzi komandada “Roma”nı 6:2 hesabıyla məğlub edən “Mançester Yunayted”dən 6 futbolçu yer alıb:
 
Qapıçı: Bernd Leno (“Arsenal”);
 
Müdafiəçilər: Aaron Van-Bissaka, Harri Maquayr, Luk Şou (hamısı “Mançester Yunayted”), Raul Albiol (“Vilyarreal”);
 
Yarımmüdafiəçilər: Nikolya Pepe (“Arsenal”), Bruno Fernandes, Pol Poqba (hər ikisi “Mançester Yunayted”), Samuel Çukvueze (“Vilyarreal”);
 
Hücumçular: Edinson Kavani (“Mançester Yunayted”), Edin Dzeko (“Roma”).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest