Futzal üzrə UEFA çempionlar Liqasının final oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, həlledici oyunda Portuqaliyanın "Sportinq" və İspaniyanın "Barselona" komandaları üz-üzə gəlib.
 
Xorvatiyanın Zadar şəhərində baş tutan həlledici qarşılaşmada 7 qol qeydə alınıb. "Sportinq" "Barselona"nı 4:3 hesabıyla məğlub edərək turnirin qalibi olub.
 
Qeyd edək ki, "Sportinq" tarixində 2-ci dəfə çL-in qalibi olur. Bu komanda 2019-cu ildə də bütün rəqiblərindən güclü olmuşdu. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest