Taekvondo üzrə Azərbaycan milli komandası Bolqarısatana yollanıb. 
 
Matc.az xəbər verir ki, komandamız Sofiya şəhərində təşkil olunan Yay Olimpiya Oyunlarna lisenziya xarakteli Avropa təsnifat turnirinə üç idmançı ilə qatılacaq.
 
Kişilər arasında 80 kq yuxarı çəki dərəcəsində Radik İsayev, qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) lisenziya uğrunda mübarizə aparacaq.
 
Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi millinin iştirak edəcəyi yarışlar 7-8 may tarixlərində keçiriləcək.
 
Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
 
9 may tarixində isə para-taekvondo üzrə Olimpiya Oyunlarına lisenziya xarakteli Avropa təsnifat turnirinə start veriləcək. Bu yarışmada isə iki kişi və iki qadın parataekvondoçumuz lisenziya uğrunda döyüşlərə qatılacaq. 6 may tarixində Bolqarıstana yollanacaq komandanın baş məşqçisi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov bu turnirdə yetirmələrindən İmaməddin Xəlilov (K-44 61 kq), Əbülfəz Abuzərli (K-44 75 kq), qadınlardan Fətəliyeva Röyalə (K-44 49 kq) və Aynur Məmmədovaya  (K-44 58 kq yuxarı) şans verib.
 
Qeyd edək ki, federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Sofiya şəhərinə yollanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest