Rumıniya Futbol Federasiyası (FRF) tribunadakı valideynlər və tamaşaçılar tərəfindən göstərilən təzyiq və bullinqi (psixoloji zorakılığı) minimuma endirmək məqsədilə uşaq futbolunda qara vərəqənin tətbiq edildiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

"Futbol uşaqlar üçün bir oyun, sevinc və sağlam inkişaf məkanı olaraq qalmalıdır. Bu tədbir sayəsində FRF dünyada tribunadakı tamaşaçıların qeyri-etik davranışlarını cəzalandırmaq üçün xüsusi vərəqə tətbiq edən yeganə futbol federasiyası olur", - deyə bəyanatda qeyd edilib.

Vurğulanır ki, qara vərəqə gənclər və yeniyetmələr arasındakı yarışlarda (U7-U16 yaş kateqoriyalarında) tətbiq edilə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest