Təcrübəli güləşçi Azərbaycan Güləş Federasiyasının saytına verdiyi açıqlamada bu yarışa necə hazırlaşmasından, çəkisalma prosesindən və turnirdəki çıxışından danışıb:

Tokio Olimpiadasına güləş üzrə sonuncu lisenziyamızı Rafiq Hüseynov qazandı. Matc.az xəbər verir ki, bir həftə sonra 33 yaşı tamam olacaq Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat turnirinin finalına yüksəlməklə 77 kq-da Olimpiya Oyunlarına vəsiqəni təmin etdi.
 
Təcrübəli güləşçi Azərbaycan Güləş Federasiyasının saytına verdiyi açıqlamada bu yarışa necə hazırlaşmasından, çəkisalma prosesindən və turnirdəki çıxışından danışıb:
 
"çox sevinirəm. İlk dəfə Olimpiadaya lisenziya qazandım. 26 ildir güləşlə məşğulam. İlk dəfə bu uğura imza atıram. Bunun üçün uzun müddət gözləməli oldum. Ona görə də bu uğur mənim üçün çox dəyərlidir...
 
Əslində ötən il Avropa Olimpiya Təsnifat turniri ərəfəsində çəkimi 77 kq-a salmışdım. Ancaq son anda Budapeştdəki yarış təxirə salındı. Bir müddət karantinlə bağlı evdə fərdi məşq etməli olduq. O zaman çəkim yenidən artdı. Həmin vaxt 87 kq-a keçməyi düşünürdüm. çünki çəkim 89 kq-a kimi artmışdı. Sonra belə məsləhət oldu ki, aşağı çəkidə özümü sınayım. Xəstələndiyim üçün Fərdi Dünya Kubokunda iştirak edə bilmədim. Ondan sonrakı müddətdə çəkimi salmağa başladım. Son 4 ayda çəkimi xeyli saldım. Artıq Dünya Olimpiya Təsnifat turnirinə 20 gün qalmış 78-78,5 kq çəkidə idim. çəkisalma ilə bağlı ən çətin period fevral-mart aylarında oldu. Ondan sonra bu barədə hər hansı çətinliyim olmadı. Artıq 77 kq-a tam öyrəşmişdim.
 
Yarışa çox yaxşı hazırlaşmışdıq. Göygöldə fiziki hazırlıq üzrə təlim-məşq toplanışı keçdik. Federasiya rəhbərliyi də orada məşqlərimi diqqətlə izləyirdi. ABŞ-dan dəvət olunmuş mütəxəssisin rəhbərliyi altında fiziki məşqlər keçdik. Son hazırlıq prosesi isə Bakıda baş tutdu. Yığmanın məşqçilər korpusunun üzərimizdə əziyyəti böyükdür.
 
Federasiyanın rəhbəri Namiq Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Daim bizim qayğımıza qalıb. Məşqlərimizi yaxından izləyir və nəzarətdə saxlayırdı. Yarımfinalda sekundantım olan Həsən Əliyevə təşəkkürümü bildirirəm. O da sanki mənimlə 6 dəqiqə ərzində güləşdi. Həmçinin baş məşqçimizə və böyük məşqçimiz Rövşən Bayramova minnətdaram. Onlar həm görüşlər zamanı, həm də çəkisalma zamanı mənə dəstək oldular. Bu işdə həkimimiz Vüqar, masajçımız Seymurun əməyi də danılmazdır.
 
Yarışdakı çıxışıma gəlincə, özünüz görüşləri izlədiniz. Ən çətin qarşılaşma yarımfinalda oldu. Rəqibim serbiyalı dünya çempionu idi. Qarşıma hədəf qoymuşdum ki, ayaqüstə güləşərkən xallar alım. çünki bilirdim ki, rəqib passiv xallarla qalib gəlməyə çalışacaq. Nəyi hədəfləmişdimsə, ona da çatdım. Ayaqüstə xallar aldıqdan sonra 6 dəqiqə ərzində döyüşdüm. Görüşü bacardığım qədər nəzarətdə saxladım.
 
Allaha şükürlər olsun ki, Ramazan ayında bu uğuru mənə nəsib etdi. Atama dünya və Avropa çempionatlarının, Dünya Kubokunun, Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının və digər yarışların medallarını hədiyyə etmişəm. Yalnız olimpiya medalı verməmişəm. Arzum odur ki, atama bu medalı da hədiyyə edim. Onun üzərimdəki 25-26 illik əziyyəti hədər getməsin. O əziyyətinin bir qismini qaytara bilim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest