Futbol üzrə İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları ikinci oyun gününə təsadüf edib.
 
“Kalyari” – “Fiorentina” və “Sampdoriya” – “Spetsiya” matçlarında qalib müəyyənləşməyib. “Bolonya” evdə “Cenoa”ya uduzubsa, “Atalanta” “Benevento”nu məğlub yola salıb. “Latsio” da “Parma” ilə oyunda son dəqiqə qolu ilə qalib gəlib.
 
Çempionluğunu rəsmiləşdirən “İnter”in bu turdakı rəqibi “Roma” olub. Dörd qolun qeydə alındığı qarşılaşmada milanlılar inamlı qələbəyə seviniblər. Ötən tur səfərdə “Yuventus”u məğlubiyyətə uğradan “Milan” yenə Turin səfərinə yollanıb. “Qırmızı-qaralar”ın budəfəki rəqibi “Torino” olub. Qonaqlar bu dəfə də darmadağınla qalib gəliblər. “Yuventus” isə “Sassuolo”nun qonağı olub. Turin təmsilçisi səfərdən 3 xalla dönməyi bacarıb.
 
İtaliya A Seriyası
36-cı tur
11 may
 
Napoli – Udineze 5:1
Qol: Zelinski, 28. F.Ruis, 31. Lozano, 56. Di Lorenso, 66. İnsinye, 90+1 – Okaka, 41.
 
12 may
 
Kalyari – Fiorentina 0:0
 
Sampdoriya – Spetsiya 2:2
Qol: Verre, 32. B.Keyta, 80 – Pobeqa, 15; 73.
 
İnter – Roma 3:1
Qol: Brozoviç, 11. Vesino, 20. Lukaku, 90 – Mxitaryan, 31.
 
Latsio – Parma 1:0
Qol: İmmobile, 90+5.
 
Torino – Milan 0:7
Qol: T.Hernandes, 19; 62. Kessye, 26-pen. B.Dias, 50. Rebiç, 67; 72; 79.
 
Sassuolo – Yuventus 1:3
Qol: Raspadori, 59 – Rabyo, 28. Ronaldo, 45. Dibala, 66.
 
Bolonya – Cenoa 0:2
Qol: Zappakosta, 13. Skamakka, 61-pen.
 
Atalanta – Benevento 2:0
Qol: Muriel, 22. Paşaliç, 67.
 
13 may
 
22:45. Krotone – Verona

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest