21 May 2021, 00:44
FUTBOL
Futbol üzrə Gürcüstan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Tiflis “Lokomotiv”i ilə üz-üzə gəlib. İki cavabsız qolla uduzan “Telavi” mübarizəni dayandırıb.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.