Fransanın "Reyms" klubu baş məşqçisi David Qionla yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
53 yaşlı mütəxəssisin müddəti bitən müqaviləsi yenilənməyib. Klub ona xidmətlərinə görə təşəkkür edib, uğurlar arzulayıb.
 
Qeyd edək ki, David Qion 2017-ci ilin mayından "Reyms"in əsas komandasını çalışdırırdı. Bütövlükdə isə o, 2012-ci ildən bu klubda məşqçi kimi fəaliyyət göstərirdi.
 
"Reyms" Liqa 1-də mövsümü 14-cü pillədə başa vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest