12 İyun 2021, 01:16
DÖYÜŞ NÖVLƏRİ
Turnirin ilk günü çıxış edən digər idmanılarımızdan Neda Rezai (kata) və İlahə Qasımova (-55 kq) ilk görüşlərdə məğlub olublar. 12 iyunda Roman Heydərov (kata) və Fəridə Abiyeva (-61 kq) yarışa qatılacaq.
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev -67 kq olimpiya çəki dərəcəsində Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Matc.az xəbər verir ki, o, buna Fransanın paytaxtı Parisdə təşkil olunmuş olimpiya lisenziyalı turnirdə nail olub.
İlkin mərhələdə Li Jinvaya (Koreya) 2:0, Luka Spitzə (İsveçrə) 2:0, Ramil Makaalaya (Filippin) 1:0, Şaban Abdullaya (Küveyt) 2:1 və Vinisius Fiqueyraya (Braziliya) 1:0 hesabı ilə qalib gələn Fərzəliyev, yarımfinalda Martial Tadissiyə (Macarıstan) 2:5 hesabı ilə məğlub olub. Bürünc medal görüşündə Stefan Cokiçi (Serbiya) 3:2 hesabı ilə məğlub edən karateçimiz Tokio Olimpiadasına lisenziyalar uğrunda dördlər finalında iştirak etmək imkanı qazanıb.
Mükafatçılar dairəvi sistemlə bir-birləri ilə yarışıblar. Nəticədə 3-cü yeri tutan Firdovsi Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.
Turnirin ilk günü çıxış edən digər idmanılarımızdan Neda Rezai (kata) və İlahə Qasımova (-55 kq) ilk görüşlərdə məğlub olublar. 12 iyunda Roman Heydərov (kata) və Fəridə Abiyeva (-61 kq) yarışa qatılacaq. Bazar günü isə Asiman Qurbanlı (+75 kq) olimpiya lisenziyası qazanmağa çalışacaq.