“Bavariya”nın qapıçısı Manuel Noyer cari mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vurmağı planlaşdırır. Matc.az xəbər verir ki, almaniyalı qolkiper bu barədə azarkeşlərlə görüşü zamanı danışıb.
 
Jurnalist Florian Plettenberqin “X” sosial şəbəkəsindəki paylaşımına görə, Noyer gələcək planları ilə bağlı bunları deyib:
 
“Gələn yaydan etibarən artıq futbol oynamayacağımı düşünürəm. Hazırda sadəcə karyeramda qalan müddətdən zövq almağa çalışıram”.
 
Manuel Noyer “Bavariya” nın heyətində 13 dəfə Bundesliqanın, 8 dəfə Almaniya Superkubokunun, 6 dəfə isə Almaniya Kubokunun qalibi olub. O, həmçinin iki dəfə UEFA Çempionlar Liqasını, iki dəfə UEFA Superkubokunu və iki dəfə FIFA Klublararası Dünya Çempionatını qazanıb
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest