Gürcüstan "Dinamo" (Tiflis) klubunun baş məşqçisi Kaxaber Sxadadze UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu "Neftçi"yə rəqib olmalarından danışıb.

Gürcüstan "Dinamo" (Tiflis) klubunun baş məşqçisi Kaxaber Sxadadze UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu "Neftçi"yə rəqib olmalarından danışıb.
 
Matc.az xəbər verir ki, Azərbaycanda 2008-ci ildə "Standard"ı, 2009-2015-ci illər aralığında isə "İnter"i (indiki "Keşlə") çalışdırmış mütəxəssis bunları söyləyib:
 
"Neftçi" Azərbaycan çempionudur və ciddi rəqibdir. Bu klub ölkəsində "Dinamo" ilə eyni futbol markasıdır. İndiki vəziyyətdə mərhələni keçmək şanslarından danışmaq düz olmaz. Bizim işimiz oyunlara yaxşı hazırlaşmaqdır. Planlarımız var. çempionlar Liqasında maksimum nəticə qazanmaq istəyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest