PSJ-nin futbolçusu Əşrəf Hakimi koronavirusdan sağalıb. Matc.az xəbər verir ki, 22 yaşlı müdafiəçi artıq Paris komandasının məşqlərinə qoşulub. Bu barədə o "instagram" hesabında paylaşım edib.
 
İyulun 17-də Hakiminin koronavirusa yoluxduğu bildirilmişdi.
 
Hakimi iyulun 7-də İtaliya "İnter"indən 70 milyon avro qarşılığında PSJ-yə transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest