26 İyul 2021, 15:23
DİGƏR
Tokio-2020-də kişi tennisçilərin mübarizəsi davam edir. Matc.az xəbər verir ki, dünya sıralamasının birincisi, "Böyük dəbilqə" seriyalı turnirlərin 20 qat qalibi Novak Cokoviç Olimpiadada ikinci görüşünə çıxıb.
Serb tennisçi Yan-Lennard Ştruffla qarşılaşıb. Novak hər setdə alman rəqibini bir breyk qabaqlayaraq, 2:0 (6:4, 6:3) hesablı qələbə qazanıb. Bu, Cokoviçin ardıcıl 20-ci qələbəsidi.
ümumiyyətlə, 34 yaşlı raketka ustası bu il keçirdiyi 39 matçın 36-dan qalib ayrılıb.
Qeyd edək ki, Cokoviç üçüncü mərhələdə Alexandro Davidoviç-Fokina (İspaniya) ilə üz-üzə gələcək.