“Sabah”ın müdafiəçisi Eyden Makkarti UEFA tərəfindən 2 oyunluq cəzalandırılıb.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Vikinq”lə (Norveç) səfər matçında rəqibinə zərbə endirərək qırmızı vərəqə alan cənubi afrikalı futbolçu 2 oyunluq diskvalifikasiya edilib.

 

Beləliklə, Makkarti “Barselona” və “Vilyareal”la qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest