Türkiyənin "Başakşəhər" klubu futbolçusu Junior Kaysara ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi 32 yaşlı braziliyalı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Kaysara 2017-ci ildən "Başakşəhər"də çıxış edir. O, bu komanda ilə Türkiyə Super Liqasında 119 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest