Futbol üzrə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, Ukraynanın "Kolos" klubu da bu turnirdə ilk matçına çıxıb.
 
Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin də formasını geyindiyi bu komanda Qazaxıstan "Şaxtyor"u ilə qarşılaşıb. Futbolçumuzun komandası doğma meydanda bu rəqibinə qol vura bilməyib və matç 0:0 hesabıyla bitib.
 
Nuriyev də bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.
 
Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 10-da Qazaxıstanda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest