25 Avqust 2021, 21:11
TOP OYUNLARI
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında növbəti oyununa çıxacaq. Matc.az xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv A qrupu çərçivəsindəki sonuncu sınağında Fransa yığması ilə qarşılaşıb.
Bu oyun da komandamız üçün uğursuz alınıb. Düzdür, əvvəlki görüşlərdən fərqli olaraq, bu qarşılaşmada voleybolçularımız bir seti qalib başa vura biliblər. Amma görüş yığmamızın 1:3 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı əvvəlki oyunlarında Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiyaya 0:3 hesabı ilə uduzmuşdu. Xalı olmayan yığmamız sonuncu - 6-cı pilləni tutub.
Azərbaycan yığmasının heyətində bu voleybolçular yer alıb: Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk.
Avropa çempionatı
A qrupu
25 avqust
Azərbaycan – Fransa 1:3 (19:25, 28:26, 11:25, 18:25)