10 Aprel 2022, 00:46
FUTBOL
Futbol üzrə İtaliya A Seriyasında 32-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Turun açılış matçında “Empoli” ilə “Spetsiya” komandaları üz-üzə gəlib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
Liderlər qrupunda yer alan “İnter”lə “Yuventus” da turun ilk oyun günündə meydanda çıxıblar. “İnter” “Verona”nı qəbul edib, “Yuventus” isə səfərdə “Kalyari” ilə qarşılaşıb. Həm Milan, həm də Turin təmsilçisi turu qələbə ilə başa vurub.
İtaliya A Seriyası
32-ci tur
9 aprel
Empoli – Spetsiya 0:0
İnter – Verona 2:0
Qol: Barella, 22. Dzeko, 30.
Kalyari – Yuventus 1:2
Qol: J.Pedro, 10 – De Liqt, 45. Vlahoviç, 75.
10 aprel
14:30. Cenoa – Latsio
17:00. Venetsiya – Udineze
17:00. Napoli – Fiorentina
17:00. Sassuolo – Atalanta
20:00. Roma – Salernitana
22:45. Torino – Milan
11 aprel
22:45. Bolonya – Sampdoriya