“Sabah”ın gələn mövsüm üçün planlarında baş məşqçi Elşad Əhmədovun və idman direktoru Emin Abbasovun adı yoxdur. Klubun sponsorları və Müşahidə Şurasının üzvləri belə qərara gəliblər ki, mövsümün sonunda onlarla əməkdaşlığa xitam verilsin.

“Sabah”ın gələn mövsüm üçün planlarında baş məşqçi Elşad Əhmədovun və idman direktoru Emin Abbasovun adı yoxdur. Klubun sponsorları və Müşahidə Şurasının üzvləri belə qərara gəliblər ki, mövsümün sonunda onlarla əməkdaşlığa xitam verilsin. Verilməlidir də.

Nə qədər klubun prezidenti Maqsud Adıgözəlovu tənqid etsək də, onun klubun inkişafı üçün gördüyü işləri qeyd etməsək, insafsızlıq olar. Digər klub prezidentlərindən futbol biliyinin olması ilə xüsusilə fərqlənən Adıgözəlov da hiss edib ki, belə kollektivlə irəliyə getmək mümkün olmayacaq.

Avrokuboklara vəsiqə əldə etmək istəyən klubun Elşad Əhmədovla  nə işi? Ona qalsa, Arif Əsədov Əhmədovu bu sahədə çaya susuz aparar, susuz gətirər. Adamın heç olmasa Premyer Liqa təcrübəsi var, “Neftçi” ilə nəticə verib. Əhmədov nə iş görüb? “Xəzər”lə I Diviziondakı çempionluq hara, Premyer Liqadakı çempionluq hara. Arif Əsədova qane olmayan klubun,  Əhmədovla mövsümü yola verəcəyini əvvəlcədən proqnozlaşdırmaq olardı.

“Sabah”ın heyətində gənc futbolçulara şans verməsi ilə bağlı mətbuatda yazılanlar Elşad Əhmədova xal qazandırsa da, əslində, bu, məhz prezidentin təşəbbüsü ilə həyata keçirilib. Çünki Adıgözəlov özü də vaxtilə futbol oynayıb, bilir ki, gənclərin qabağa çəkilməsini özü tələb etməsə, Elşad Əhmədovda bu hünər yoxdur. O da nəticə qazanıb, klub rəhbərliyinin qarşısında lovğalanmaq istəyir axı.

Emin Abbasov isə vəzifəsinin öhdəsindən gələ bilmir. Hər halda, razı deyillər ki, gələcək planlarında ona yer veriməyiblər. Haqqında narazılıq edən çoxdur. Aşağı yaş qruplarında çalışan məşqçilər Abbasovun onların işi ilə maraqlanmadığını, problemlərini həll etmədiyi haqda klub prezidentinə dəfələrlə şikayət ediblər. Deyirlər ki, bu adamın işi-gücü Əhmədovun yanında gəzmək, bir də saytlara reklam pulu paylamaqdı.

O da bildirilir ki, hər iki şəxs mövsümün sonunda komandadan göndəriləcəklərini bildikləri üçün Maqsud bəyi fikrindən döndərmək üçün minnətçi axtarışlarına çıxıblar. Görək tapa biləcəklərmi? Ya da Maqsud bəyi fikrindən dönməyə vadar edəcəklərmi?  İnandırıcı deyil. sportlife.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest