Kiprin "Aris" komandasının baş məşqçisi Aleksey Şpilevski klubun TV kanalına müsahibə verib. Matc.az xəbər verir ki, 34 yaşlı belaruslu mütəxəssis "Neftçi"ylə eyni vəziyyətdə olduqlarını bildirib:
 
"Neftçi" bizimlə eyni vəziyyətdədir. Onların da yeni baş məşqçisi var və hazırlığa bu günlərdə başlayıblar.
 
Amma motivasiya var. Oyuna tam hazır olmasaq belə, sonadək mübarizə aparacağıq. Həmin görüşlərə son oyunumuz kimi çıxacağıq". 
 
Şpilevski bildirb ki, "Neftçi" ilə oyunlara kimi daha 2-3 oyunçu almaq niyyətindədirlər.
 
"Neftçi" Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin "Aris" klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-də Kiprdə, cavab matçı isə ayın 28-də Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest