Futbol üzrə 2026-cı il dünya çempionatı bütün həyəcanı ilə davam edir.
Matc.az xəbər verir ki, futbolsevərlər mundialın növbəti oyun günündə B və D qruplarında baş tutacaq maraqlı mübarizələrə şahid olacaqlar.
Turnirin mərkəzi qarşılaşmalarından birində, D qrupunda yer alan ev sahiblərindən ABŞ komandası Cənubi Amerika təmsilçisi Paraqvayla gücünü sınayacaq. B qrupunda isə Asiya qitəsinin güclü komandalarından olan Qətər və Avropa təmsilçisi İsveçrə yığması üz-üzə gələcək.
Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.
DÇ-2026
I tur
13 iyun
D qrupu
05:00. ABŞ – Paraqvay
B qrupu
23:00. Qətər - İsveçrə













