"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi "Qarabağ"ın yarımmüdafiəçisi Zamiq Əliyevi icarəyə götürüb.
 
21 yaşlı oyunçunun icarə müddəti bir illikdir.
 
Zamiq Əliyev "Qarabağ"ın yetirməsidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest