Son oyunlarda uğursuz nəticələrlə yadda qalan "çelsi" baş məşqçisi haqqında qərarı yaxın günlərdə verəcək. Matc.az saytının məlumatına görə, bu iddia ilə "The Guardian" nəşri çıxış edib.

Bildirilib ki, italiyalı mütəxəssisin taleyinə Avropa Liqasının "Malmö" ilə cavab qarşılaşmasından və "Mançester Siti" ilə Liqa Kubokun final matçından sonra aydınlıq gələcək.

Ehtimal olunur ki, finaldakı mümkün məğlubiyyət Sarrinin Londondakı karyerasının sonu olacaq.

Onun haqqında son qərarı klubun sahibi Roman Abramoviç verəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest