"Liverpul"un hücumçusu Aleksandr İsak uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsveçli forvard Premyer Liqanın XVII turunun "Tottenhem"lə matçında (2:1) zədələnib. Topuğunda sınıq aşkarlanan 26 yaşlı futbolçu əməliyyat olunub.

Qeyd edək ki, Aleksandr İsak bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 16 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest