"Birinci hissədə pis oynadıq. Fasilədə uşaqlara səhvlərini və düzgün oynamalı olduqlarını dedim". Matc.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Türkiyə U-19 millisinin baş məşqçisi Murat Kaya deyib.

Yoldaşlıq oyununda azərbaycanlı həmyaşıdları ilə qarşılaşan qardaş ölkə yığması 5:3 hesablı qələbə qazanıb.

Türkiyəli mütəxəssis matçdan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib: "Bildiyiniz kimi, bu oyunlar mart ayında keçiriləcək Avropa çempionatının rəsmi oyunlarına hazırlıq xarakteri daşıyır. Yeni formalaşmış komandayıq. çətin qrupda yer almışıq. Rəqiblərimiz İspaniya, Macarıstan və Gürcüstan milliləri olacaq. Düşündük ki, son yoldaşlıq oyunlarımızı qardaş Azərbaycan yığma komandasına qarşı keçirək. Qələbə qazandığımıza görə xoşbəxtik. Gələn ay keçiriləcək rəsmi oyunlarda həm Türkiyə, həm də Azərbaycan yığma komandasına uğurlar arzulayıram".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest