Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb. Matc.az xəbər verir ki, J1 kateqoriyası üzrə 90 kiloqramdan ağır çəki dərəcəsində yer alan ikiqat paralimpiya, ikiqat dünya və səkkizqat Avropa çempionu həlledici dueldə braziliyalı Vilyans Araujo ilə qarşılaşıb.
 
Rəqibinə məğlub olan Zəkiyev mundialı ikinci pillədə başa vurub. O, buna qədər 1/8 finalda türkiyəli Onur Tastana, ardınca isə monqolustanlı Qanbat Daştserenə "ippon"la qalib gəlib. Təcrübəli idmançı finalın bir addımlığında da fransalı Ceyson Qrandrini məğlub edib.
 
Azərbaycanın digər paracüdoçularından Şəhanə Hacıyeva (J2, 48 kq), Namiq Abaslı (J2, 73 kq) və Xanım Hüseynova (J2, 70 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
 
Beləliklə, Azərbaycan təmsilçiləri fərdi yarışı bir gümüş və üç bürünc medalla başa vurublar.
 
Dünya çempionatına sabah komanda yarışı ilə yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest