20 İyun 2026, 15:12
FUTBOL
"Real"ın gənc müdafiəçisi Alvaro Karrerasın bu yay komandada qalma ehtimalı olduqca yüksək qiymətləndirilir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.
Klubun baş məşqçisi Joze Mourinyonun "Benfika"nın sabiq sol cinah müdafiəçisinin çıxışından razı qaldığı və onu Madrid təmsilçisində saxlamağa hazır olduğu bildirilir. Heyətdəki rotasiyalara əsasən, Karrerasın digər sol cinah müdafiəçisi Mark Kukurellanın əsas əvəzləyicisi olacağı gözlənilir.
Qeyd edək ki, Karrerasın komandada qalması digər müdafiəçi Fran Qarsiyanın gələcəyinə təsir edə bilər. Belə ki, onun bu yay "Kral klubu"ndan ayrılmaq ehtimalı xeyli çoxalıb.













