Azərbaycan boksçusu Sənan Hətəmov İspaniyanın Alikante şəhərində gənc boksçular arasında keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb. Matc.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində kanadalı Yakub Blaislə üz-üzə gəlib.
 
Hətəmov rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə üstələyib. O, İlk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdırmışdı.
 
Boksçu 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla qüvvəsini sınayacaq.
 
Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest