"Liverpul"un müdafiəçisi Endryu Robertson komanda yoldaşı Vircil van Deyki tərifləyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, cinah oyunçusunun fikrincə, hollandiyalı dünyanın ən güclüsüdü.

Robertson hətta van Deykin bundan da yaxşı səviyyədə oynayacaq potensiala malik olduğunu vurğulayıb: "Əgər mövsüm bu gün başa çatsaydı, ən yaxşı müdafiəçi Vircil van Deyki seçərdim. Qarşıda hələ 10 oyun var və bu müddətdə başqa biri ön plana keçə bilər. Ancaq van Deykin bu performansı davam etdirəcəyini düşünürəm, hətta bundan da yaxşısını bacarar. Mövsümün sonunda mükafat almaq gözəl hissdi. Amma mənim bu yarışda namizədim van Deykdi. Qazanmasa belə, ən yaxşılar arasında olacaq. Şəxsən mənə görə, hazırda dünyanın ən güclü müdafiəçisi Vircildi".

Qeyd edək ki, Vircil van Deyk bu mövsüm Premyer Liqada meydana çıxdığı 28 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest