Dekabrın 6-da kikboksinq üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan kubokuna start veriləcək. Matc.az xəbər verir ki, dörd gün davam edəcək yarış üçün qeydiyyat prosesi dekabrın 4-də saat 23:59-da başa çatacaq.
 
Dekabrın 5-də yeniyetmə və gənclərin, iki gün sonra isə böyüklərin çəkiölçmə mərasimi keçiriləcək. Yeniyetmələr (2007-2008) "Low kick", gənclər (2005-2006) və böyüklər (18 yaşı tamam olmuş) "Low kick" və "Full contact" qaydalarına uyğun olaraq yarışacaqlar.
 
Bakı İdman Sarayında təşkil ediləcək yarış növbəti il üçün yeniyetmə və gənclər, eləcə də böyüklərdən ibarət millinin heyətini müəyyənləşdirmək üçün nəzərdə tutulub. Gələn il uşaq, yeniyetmə və gənclərin Avropa çempionatı Türkiyənin İstanbul şəhərində (25 avqust-3 sentyabr) və böyüklərin dünya çempionatı Portuqaliyanın paytaxtı Lissabonda (noyabr) baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest