20-22 dekabrda İsraildə keçiriləcək "Masters" turnirində -73 kq çəki dərəcəsində çıxış etməli olan cüdoçularımız Rüstəm Orucov və Hidayət Heydərov zədələndikləri üçün Azərbaycan yığmasının baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə millinin heyətindən çıxarılıblar.
 
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, cüdoçuların müalicələri davam etdirilir. Onların ən qısa zamanda sağalıb məşq prosesinə geri dönmələri üçün bütün lazımi tədbirlər görülür.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest