Misli Premyer Liqasında qısamüddətli fasilə başa çatır. Matc.az saytının məlumatına görə, sabah 4-cü – sonuncu dövrə start götürəcək.
 
28-ci tutun ilk oyununda bölgə təmsilçiləri üz-üzə gələcək. "Turan Tovuz"la "Sumqayıt" birincilərin meydanında üz-üzə gələcək.
 
Ertəsi gün ilk olaraq autsayderlər zonasında qərarlaşan komandalar meydana çıxacaq. Aşağı sıralarda yer alan "Kəpəz" axırıncı yerin sahibi "Səbail"i qəbul edəcək. Gəncəlilər rəqibdən uzaqlaşmaq üçün doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq.
 
4-cü pillədəki mövqeyini qorumağa çalışan "Zirə" öz meydanında "Neftçi" ilə qarşılaşacaq. Minimum bürünc medalı böyük ehtimalla təmin edən "ağ-qaralar" 2-ci pilləyə iddiasını davam etdirmək üçün çətin səfər görüşündə 3 xal qazanmalıdı.
 
Son gündə daha iki oyun olacaq. Elitanı tərk etmək təhlükəsi yaşayan "Şamaxı" məğlubedilməz lider "Qarabağ" sınağına çıxacaq.
 
Tura paytaxtda yekun vurulacaq. Minimum 2-ci pillədəki mövqeyini qorumağa çalışan "Sabah" 4-cü yerə iddia edən "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Zirə"nin büdrəməsi halında "Qəbələ" səfərdə qalib gələrək, rəqibini turnir cədvəlində qabaqlaya bilər. "Sabah" isə mövqeyini təhlükə altına atmaq istəmir. Bu mənada matçı hər iki komanda üçün prinsipial adlandırmaq olar.
 
Premyer Liqa
28-ci tur
31 mart
 
15:30. "Turan Tovuz" – "Sumqayıt"
Tovuz şəhər stadionu
 
1 aprel
 
15:30. "Kəpəz" – "Səbail"
Gəncə şəhər stadionu
 
19:30. "Zirə" – "Neftçi"
Zirə İdman Kompleksinin stadionu
 
2 aprel
 
15:30. "Şamaxı" – "Qarabağ"
Şamaxı şəhər stadionu
 
18:00. "Sabah" – "Qəbələ"
Bank Respublika Arena
 

1

Qarabağ

27

22

5

0

70-15

71

2

Sabah

27

19

5

3

59-18

62

3

Neftçi

27

17

5

5

49-24

56

4

Zirə

27

10

7

10

30-36

37

5

Qəbələ

27

9

9

9

32-32

36

6

Turan Tovuz

27

7

7

13

21-35

28

7

Kəpəz

27

4

10

13

27-49

22

8

Sumqayıt

27

5

6

16

17-50

21

9

Şamaxı

27

4

8

15

23-43

20

10

Səbail

27

4

6

17

20-46

18

 

Bombardirlər: Musa Qurbanlı ("Qarabağ") - 20 qol, Ramil Şeydayev ("Qarabağ") - 17 qol

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest