"Əl-Nəsr"in keçmiş futbolçusu Hüseyn Əbdülqəni portuqaliyalı yarımmüdafiəçi Samu Koştanın transferinə görə Kriştiano Ronalduno tənqid edib.
Matc.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
25 yaşlı dayaq yarımmüdafiəçisi cari ilin avqust ayının əvvəlində İspaniyanın "Malyorka" klubundan Səudiyyə Ərəbistanı təmsilçisinə keçib. O, Marselo Brozoviçlə müqayisə olunsa da, bu müqayisə "Nəcd cəngavərləri"nin yeni transferinin xeyrinə olmayıb.
"Mən hesab edirəm ki, idman rəhbərliyi ilə məsləhətləşdikdən sonra bu oyunçunu məhz Ronaldo seçib", – deyə Əbdülqəni bildirib.
O, həmçinin "Əl-Nəsr"in Asiya Çempionlar Liqasının 1-ci turunda "Əl-Ayn"a qarşı keçirdiyi oyundakı ağır məğlubiyyətini (0:4) də kəskin tənqid edib. Klubun sabiq oyunçusu belə bir nəticəni fəlakət adlandırıb və qeyd edib ki, Ange Postekoqlunun komandası millilərin oyunları ilə bağlı yaranan fasilə zamanı səhvləri analiz etməlidir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında 7 turdan sonra "Əl-Nəsr" aktivində 16 xal olmaqla turnir cədvəlinə 3-cü sıradadır. Hazırda mövsümün lideri olan "Əl-Hilal" ilə aralarındakı fərq 2 xal təşkil edir.













