Misli Premyer Liqasında XXXIII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda "Şamaxı" "Zirə"ni qəbul edib. Qonaqlar bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıblar.

Xatırladaq ki, turun ilk oyununda "Kəpəz" "Sabah"la ev oyununda 0:3 hesabıyla uduzub. Sabah "Turan Tovuz" – "Neftçi" və "Sumqayıt" – "Səbail" oyunları baş tutacaq. Son oyun isə mayın 8-də "Qarabağ"la "Qəbələ" arasında keçiriləcək.

Misli Premyer Liqası
XXXIII tur
6 may

"Şamaxı" – "Zirə" 0:3
Qol: V.Kulaç, 35. H.Keyta, 57. R.Əhmədzadə, 82.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov.
Şamaxı şəhər stadionu, 16:30.

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 70. Bahadur Həziyev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.
Zirə: 41. Anar Nəzirov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 9. Loris Broqno, 19. Vladislav Kulaç, 14. Hamidu Keyta, 5. Moiz Adileu, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 44. Dmitrios çantakias, 28. Abbas İbrahim, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest