"Qalatasaray"ın futbolçusu Ahmed Kutucu Super Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Göztepe" Türkiyə millisinin üzvünü icarəyə götürmək istəyir. İzmir təmsilçisi 25 yaşlı vingerin maaşının hamısını ödəməyə hazırdır. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Qalatasaray" Ahmed Kutucunu bu ilin yanvar ayında "Eyüpspor"dan transfer edib. O. "cim bom"un heyətiində keçirdiyi 18 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest