"Zirə" avrokuboklar zonasından qopmaq istəmirdi, biz də Premyer Liqada qalmaq istəyirik. Təəssüf ki, zəif oynayıb məğlub olduq"

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 33-cü turunda "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyun hər iki komanda üçün önəmli idi. "Zirə" avrokuboklar zonasından qopmaq istəmirdi, biz də Premyer Liqada qalmaq istəyirik. Təəssüf ki, zəif oynayıb məğlub olduq. çətin olsa da, toparlanıb yolumuza davam edəcəyik. Oyunlar azaldıqca gərginlik artır. Belə məqamlar komandaya pis təsir edir. Amma biz məqşçilər peşəkarıq, komandanı toparlayacağıq. Hələ heç nə bitməyib. Heyəti taktikaya və məqşlərdəki performansa görə qururuq. Bahadur Həziyevin mikrozədəsi idi. Buna görə də risk etmədik. Amil Yunanov 90 dəqiqə oynamağa hazır idi. Məğlub durumda olarkən hücumçunu meydandan çıxarıb, yerinə yarımmüdafiəçi buraxa bilməzdik. Ehtiyat oyunçular skamyamızı gördünüz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest