Misli Premyer Liqasında XXXIII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub

Əvvəlcə "Turan Tovuz" doğma meydanda "Neftçi" ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda 4 cavabsız qola seviniblər.

Günün digər oyunu isə "Sumqayıt"la "Səbail" arasında keçirilib. Bu oyunda isə qonaqlar əzmkar qələbəyə seviniblər.

Xatırladaq ki, daha öncə "Kəpəz" "Sabah"a, "Şamaxı" isə "Zirə"yə 0:3 hesabıyla uduzub. Tura sabah keçiriləcək "Qarabağ" – "Qəbələ" oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXXIII tur
7 may

"Turan Tovuz" – "Neftçi" 4:0
Qollar: Runi Eva, 16; 44; 61. Roderik Miller, 21.
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev.
Tovuz şəhər stadionu, 15:00.

Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 44. Elçin Qasımov, 24. Divayn Naa, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. ömər Buludov, 27. Fərid Yusifli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 41. Samir Həsənov, 92. ömər Qurbanov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze.
Baş məşqçi: Laurentsiu Regekampf.

"Sumqayıt" – "Səbail" 1:3
Qol: Todor Todoroski, 36 - Matiya Lyuyiç, 70; 73. Franko Mazurek, 89.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Səbuhi Bayramov.
"Kapital Bank Arena", 19:00.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 7. Terrens Tisdel.
Baş məşqçi: Samir Abasov.
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 9. Mirabdulla Abbasov, 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 27. Emil Martinov, 88. Matiya Lyuyiç, 4. Maksim çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa.
Baş məşqçi: Şahin Diniyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest