Misli Premyer Liqasının XXXIII turunun bağlanış oyununun bütün təyinatları müəyyənləşib. Matc.az xəbər verir ki, "Qarabağ"la "Qəbələ" arasında bu gün keçiriləcək görüşün VAR hakimi də bəlli olub.
 
Peşəkar Futbol Liqası "Azersun Arena"dakı matçda epizodların videotəkrarından Cavid Cəlilovun cavabdeh olacağını açıqlayıb. Vüsal Məmmədov isə AVAR kimi iş başında olacaq. Görüşün baş hakimi Rəvan Həmzəzadədi.
 
Qeyd edək ki, matç saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest